Əskipara kəndi ilə sərhəddə mina partlayışları olub

Tavuşun Yuxarı Əskipara kəndi ilə sərhəddə yerləşən Voskepar kəndi yaxınlığında minalar partlayıb.

Gununsesi.info “Unikal”a istinadən xəbər verir ki, bu barədə kəndin başçısı İşxan Ağbalyan açıqlayıb.

Hadisə avqustun 31-də Ermənistanla Azərbaycan arasında delimitasiyanın hələ də dondurulduğu kəndin yaxınlığında baş verib.

Ağbalyan qeyd edib ki, Voskeparın 3 sakininə məxsus inəklər tikanlı məftil olmayan ərazidən minalanmış əraziyə daxil olub. Məlumata görə, 7 inək bu ərazidə minalara düşüb.

 

 

Gununsesi.info