Şəhid qardaşı lider namizədlərdəndir

  • By Günel
  • 02 Sentyabr 2024 16:49

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin dairələr üzrə lider namizədlərinin adları açıqlanıb.

Gununsesi.info -nun “Qafqazinfo”- ya istinadən verdiyi məlumata görə, lider namizədlərdən biri şəhid kapitan Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədovdur.

Qeyd edək ki, Toğrul Səyyad oğlu Məmmədov 1988-ci il iyulun 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olub.

2012-ci ildə baş leytenant hərbi rütbəsinə layiq görülən T. Məmmədov 2016-cı il “Aprel döyüşləri”ndə iştirak edib. T. Məmmədov 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Fotoda şəhid Toğrul Məmmədovdur

Gununsesi.info