
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Gununsesi.info Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
“Bildiririk ki, döyüş sursatlarının məhv edilməsi prosesi 3-6 sentyabr tarixlərində Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, – məlumatda vurğulanıb.
Gununsesi.info