
Türkiyənin İzmir şəhərində verdiyi küçə müsahibəsində istifadə etdiyi ifadələrə görə həbs olunan Dilruba Kayserilioğlu 7,5 ay həbs cəzası alıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, «İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və alçaltmaq» və «prezidenti təhqir etmək» ittihamları ilə mühakimə olunurdu.
Bildirilir ki, “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə 6 ilə qədər həbs tələbi ilə mühakimə olunduğu iddiada qərar verilib.
Qeyd edək ki, Dilruba Kayserilioğlu İzmirdə küçə müsahibəsində prezidenti təhqir etdiyi üçün həbs edilib.
Gununsesi.info