
Ermənistan Xarici İşlər Nazirliyi Zəngəzur dəhlizinə nəzarətin xarici özəl şirkətə verilməsi ilə bağlı Azərbaycanla müzakirə aparıldığına dair iddialara münasibət bildirib.
Gununsesi.info Globalinfo.az -a istinadən xəbər verir ki, XİN bununla bağlı “Sputnik Ermənistan”ın sualını cavablandırıb.
“Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinə nəzarətin xarici özəl şirkətə verilməsi üçün Bakı ilə müzakirə aparıldığına dair iddiaları şərh etmirik. Ermənistan Respublikası suverenliyə və milli yurisdiksiyaya hörmət, bərabərlik və qarşılıqlı prinsiplərə əsaslanaraq regional kanalların blokadadan çıxarılması prosesində konstruktiv şəkildə iştirak edir”, – XİN-in məlumatında qeyd olunur.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi dəhlizin açılması ilə bağlı Bakı-Moskva-İrəvan arasında müzakirələrin aparıldığını açıqlayıb.
Gununsesi.info