Livana zərbə endirildi - YENİLƏNİB

  • By Günel
  • 23 Sentyabr 2024 15:59

İsrail ordusu Livanda “Hizbullah” hərəkatının obyektlərinə zərbələr endirib.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Walla” portalı yayıb.

Bildirilib ki, İsrailin Müdafiə ordusu hücumlara hazırlıq əlamətləri müşahidə etdiyindən hərəkatın obyektlərini vurub.

***

“Reuters” agentliyinin məlumatına görə, İsrail ordusunun Livanın cənubuna zərbələr endirməsi nəticəsində azı 50 nəfər həlak olub.

Livan Səhiyyə Nazirliyi zərbə nəticəsində 300-dən çox şəxsin isə yaralandığını açıqlayıb.

Gununsesi.info