Yevlaxda yol qəzası baş verib

  • By ilhame
  • 21 Sentyabr 2024 19:37

Yevlax şəhər ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

 

Gununsesi.info-ya bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü rayon sakini Zamin Cavadov saxlanılıb.

 

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.

Gununsesi.info