Beyləqanda şəhidlərin il mərasimləri keçirilir -Fotolar

  • By ilhame
  • 23 Sentyabr 2024 13:51

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri zamanı Beyləqan rayonundan olan Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Ramil Şakir oğlu, Həmidli Həmid Əlisahib oğlu, Rüstəmli Bəhruz Malik oğlu, Fətizadə Fəti Ağamoğlan oğlu, Həsənov Şamil Şiraslan oğlu və Sumbatzadə Vüsal Barat oğlunun məzarları ziyarət olunub, il mərasimləri keçirilib.

 

Gununsesi.info xəbər verir ki, ziyarətdə və mərasimlərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhid ailələri, şəhidin hərbiçi yoldaşları, qazilər, din xadimləri və rayon ictimaiyyəti iştirak edib.

Əvvəlcə şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub və məzarlarına gül dəstələri düzülüb. Onlar üçün təşkil olunan ehsan süfrəsində iştirak edilib, şəhid hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

 

İcra başçısı ziyarətlər zamanı 19 sentyabr 2023-cü ildə Qarabağda antiterror tədbirləri aparılarkən Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı hesabına cəmi 23 saat 43 dəqiqə ərzində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulduğunu və ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdiyini diqqətə çatdırıb.

 

RİH başçısı bizə qələbə sevincini yaşadan, vətənimizin müstəqilliyi və istiqlaliyyəti naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulacağını vurğulayıb.

Gununsesi.info