Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir

  • By ilhame
  • 23 Sentyabr 2024 21:40

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov sentyabrın 23-də Azərbaycana səfər edib.

 

Gununsesi.info-ya bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, qazaxıstanlı nazir “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək. Səfər çərçivəsində ölkələr arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb.

Gununsesi.info