
Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib.
Bizə qarşı aparılan çirkin oyunları həm rəsmi sürətdə, həm ictimai məkanda, həm də media məkanında ifşa etməliyik. Necə ki, edirik də. Hesab edirəm, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir”, –dövlət başçısı vurğulayıb.
Gununsesi.info