
SEPAH Livanda peycer və telsizlərin partlamasından sonra üzvlərinə istənilən rabitə vasitələrindən istifadəni dayandırmağı əmr edib. Cihazları və daha çoxunu yoxlamaq üçün genişmiqyaslı əməliyyat təşkil edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters xəbər verir.
Məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusu təkcə rabitəni deyil, bütün cihazları yoxlamaq üçün genişmiqyaslı əməliyyat keçirir.
Qeyd olunur ki, İran İsrail agentlərinin sızma riskindən narahatdır və buna görə də İİKK-nin orta və yüksək rütbəli üzvlərinə qarşı yönəlmiş kadr yoxlamasına başlayıb.
Adı açıqlanmayan digər iranlı rəsmi qeyd edib ki, İranın əsas narahatçılığı ölkənin nüvə və raket obyektlərini, xüsusilə yeraltı obyektlərini qorumaqdır.
Bildirilir ki, keçən il Tehran İranı raket proqramını sabotaj etmək cəhdində ittiham etdikdən sonra obyektlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Həmçinin qeyd edilir ki, İran hərbçiləri təhlükəsiz əlaqə yaratmaq üçün bir sıra şifrəli rabitə avadanlıqlarından, o cümlədən rasiyadan istifadə edir.
Qeyd edək ki, xarici idxaldan asılılığın qarşısını almaq üçün bir çox cihaz yerli istehsal olunur.
İlhamə
Gununsesi.info