Elman Paşayev həbsindən apellyasiya şikayəti verib

  • By ilhame
  • 23 Sentyabr 2024 20:54

Moskvada həbs olunan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev həbsindən apellyasiya şikayəti verib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Moskva Qarnizon Məhkəməsindən TASS-a məlumat verilib.

 

“Paşayevin şikayəti məhkəmənin inzibati binasında qeydə alınıb”, – deyə məhkəmədən bildirilib.

 

Xatırladaq ki, sentyabrın 18-də hərbi məhkəmə keçmiş vəkil Elman Paşayevi dələduzluqda ittiham edərək istintaq təcridxanasına göndərib.

Gununsesi.info