
Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında paytaxtın Sabunçu rayonunda zəncirvari ağır yol qəzası baş verib.
Gununsesi.info-nun xəbərinə görə, 3 avtomobilin toqquşması nəticəsində yaralananlar arasında qəzada ölən bir nəfər şəxsin kimliyi məlum olub.
Mərhumun 07.05.1991-ci il təvəllüdlü Məmmədov Şəhriyar Əbülfəz oğlu olduğu məlum olub.
Məmmədov Şəhriyar uzun müddət bir sıra televiziya kanallarında, film və seriallarda qrim və saç ustası kimi çalışıb.
O, məşhur idmançı, Dünya çempionu Mirzə Məmmədovun tək qardaş idi.
Allah rəhmət eləsin!
Gununsesi.info