Naxçıvanda gəlin maşını qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

  • By ilhame
  • 21 Sentyabr 2024 20:03

Naxçıvanda ağır yol qəzası olub.

 

Gununsesi.info xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobillə toqquşub.

 

Hadisə nəticəsində “VAZ-2106”-nın sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində ölüb. Avtomobildəki sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb.

 

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Rəsulov Fərid Emin oğlu, sərnişinlər – Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıb.

 

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

 

Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.

Gununsesi.info