AVF rəsmisi Çempionlar Liqasının təsnifat mərhələsinin oyununa təyinat alıb

  • By ilhame
  • 23 Sentyabr 2024 22:35

Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman Çempionlar Liqasının təsnifat mərhələsinin I raundunun oyununa təyinat alıb.

 

Gununsesi.info xəbər verir ki, o, “Olimpiakos” (Yunanıstan) – “Strumitsa” (Makedoniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

 

Sentyabrın 24-də Yunanıstanın Pirey şəhərində baş tutacaq matçın hakimləri slovakiyalı İqor Porvaznik və polşalı Pavel Burkeviç olacaq.

Gununsesi.info