Nərimanov rayonunda intihara cəhd hadisəsi baş verib

  • By ilhame
  • 21 Sentyabr 2024 14:03

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.

 

Gununsesi.info- ya bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, bir nəfər vətəndaş Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən mənzilində intihara cəhd edib.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2000-ci il təvəllüdlü vətəndaş yaşadığı mənzildə intihara cəhd edib.

 

Xilasedicilərin çevik müdaxiləsi sayəsində xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısı açılmış və özünə müxtəlif bədən xəsarətləri yetirərək intihara cəhd etmiş vətəndaş mənzildə huşsuz vəziyyətdə aşkar olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Gununsesi.info