ReAl-ın yeni sədri danışdı

Xəbər verdiyimiz kimi Parlament sekçilərində məğlubiyyətə uğrayan İlqar Məmmədov siyasətdən və sədrlikdən getdiyini bəyan edib.

Onun yerinə seçilən Natiq Cəfərli Gununsesi.info-ya İlqar Məmmədovun birmənalı qarşılanmayan açıqlaması ilə bağlı danışıb: “Çox sadə cümlələri insanların müxtəlif yerlərə yozması, doğrudan da qəribədir. Təhsil Naziri Emin Əmrullayev düz deyirdi. Həqiqətən də insanların 60 faizi oxuduğunu başa düşmür. Ümumiyyətlə, publik siyasətlə siyasi fəaliyyət eyni şey deyil. Publik siyasət budur ki, gündəlik mediada olursan, məqalələr yazırsan, televiziyalara verilişlərə gedirsən, çıxışlar edirsən və.s. Qəti əleyhinə olsam da, İlqar Məmmədov məhz bundan imtina edib. Amma bizim siyasi partiyanın fəaliyyəti bir tək publik siyasətdən ibarət deyil. Partiyada texniki məsələlər var, reysterlə iş məsələsi var, üzvlərlə iş, təşkilatçılıq, regional idarə etmənin təşkili, bir sözlə, həddindən artıq çoxlu işlər var”.

 

Natiq Cəfərli qeyd edir ki, İlqar Məmmədov da siyasi komitənin üzvü kimi komitənin tapşırdığı istənilən işi yerinə yetirməyə hazırdır: “Bütün bu fəaliyyətlər isə 1 oktyabrdan etibarən start götürəcək”.

 

 

Orxan Saffari

Gununsesi.info