Yağışlı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

  • By ilhame
  • 23 Sentyabr 2024 22:56

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Xətai rayonu Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Gununsesi.info-ya bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

 

Eyni zamanda, Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Gununsesi.info