Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” klubu Kral Kubokunda qələbə qazanıb

  • By ilhame
  • 23 Sentyabr 2024 21:53

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” kollektivi Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/16 final mərhələsində qələbə qazanıb.

 

Gununsesi.info xəbər verir ki, komanda səfərdə “Əl-Həzm”ə 2:1 hesabı ilə qalib gəlib.

 

“Əl-Nəsr”in qollarını 45+6-cı dəqiqədə Sadio Mane və 90+2-ci dəqiqədə Navaf Buşal vurub.

 

Qeyd edək ki, Ronaldunun adı görüşün iştirak ərizəsinə salınmayıb.

Gununsesi.info