Türkiyə ordusu İraq və Suriyada 3 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Şimali İraq və Suriyada 3 terrorçunu zərərsizləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Departamentdən verilən məlumata görə, İraqın şimalındakı Pençe-Kilit əməliyyatı bölgəsində 2 PKK terrorçusu, Ərəb Respublikasının şimalındakı Fərat Qalxanı əməliyyatı bölgəsində isə 1 YPG terrorçusu (PKK-nın Suriya qanadı) zərərsizləşdirilib.

Türkiyə Müdafiə Nazirliyi silahlı qüvvələrin bölgədə terror təhlükəsinin aradan qaldırılması üçün əməliyyatları davam etdirəcəyini vurğulayıb.

PKK bu illər ərzində Türkiyəyə qarşı qanlı terror fəaliyyəti ilə qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına əlavə edib.

Son illərdə PKK bölgədə törətdiyi qanlı cinayətlərə görə məsuliyyəti öz qollarına yükləməyə çalışır.

Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son bir neçə ildə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar.

İranda PKK Kürdüstanın Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.

 

 

 

Gununsesi.info