Ukraynanı təmsil edən azərbaycanlı dünya çempionu olub

  • By Günel
  • 23 Sentyabr 2024 15:22

Ukraynanı Yunanıstanın Katerini şəhərində keçirilən çümərlik güləşi üzrə dünya çempionatında təmsil edən azərbaycanlı pəhləvan Mirzəxan Həşimov qızıl medal qazanıb.

Gununsesi.info-nun “Report”- a istinadən məlumatına görə, o, 17 yaşadək idmançılar arasında 60 kq çəki dərəcəsində 1-ci yeri tutub.

M.Həşimov Ukraynanın Donetsk vilayətində doğulub boya-başa çatıb.

O, Azərbaycanın Astara rayonundandır.

Gununsesi.info