Aİ-nin vizasız gediş-gəlişinin ləğvi şantajdır

Avropa İttifaqının (Aİ) Gürcüstan üçün vizasız rejimi ləğv etməklə hədələmələri sadəcə olaraq şantajdır.

Gununsesi.info xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, respublikada parlament seçkiləri yaxınlaşdıqca vizanın liberallaşdırılmasının ləğvi ilə bağlı bəyanatlar daha da aktivləşəcək. O qeyd edib ki, vizasız rejimi ləğv etmək bürokratik baxımdan çox çətindir.

Bundan əvvəl (Aİ) Gürcüstanı “demokratiyanın tənəzzülü” səbəbindən vizasız rejimin ləğvi ilə hədələyib.

Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, respublikanın hakimiyyət orqanları Aİ-yə gələcək inteqrasiya üçün müəyyən tələbləri, o cümlədən vətəndaşların hüquqlarının müdafiəsini təmin etmək və ayrı-seçkiliklə mübarizə aparmalıdır.

 

 

Gununsesi.info