
Milli Məclisdə yeni vəzifə yaradılıb.
Gununsesi.info xəbər verir ki, artıq parlamentdə Naxçıvanı təmsil edən sədr müavini də olacaq. Bu posta isə Ziyafət Əsgərov təyin olunub.
Beləliklə, Milli Məclisin sədr müavinlərinin sayı 3-dən 4-ə artırılıb.
Qeyd edək ki, Ziyafət Əsgərov 1 Saylı Şərur-Sədərək Seçki Dairəsindən deputat seçilib.
Gununsesi.info