Bakıda zəncirvari qəza: maşın dükana girdi

  • By Günel
  • 22 Oktyabr 2024 14:42

Bakının Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində polis maşını daxil olmaqla 5 avtomobilə və şirniyyat mağazasına ziyan dəyib.

Bildirilir ki, polis maşını idarəetməni itirərək hərəkətdə olan “Hunday” markalı avtomobilə, daha sonra isə iki “Toyota Prius” və bir “Şevrolet”ə çırpılıb.

Qəza nəticəsində şirniyyat mağazasına da ziyan dəyib.

Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası dəvət olunub.

Ciddi xəsarət alanların olmadığı bildirilir.

Gununsesi.info