
Fransa prezidenti Emmanuel Makron Moldovanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendumdan sonra dəstəyini ifadə edib və dövlət başçısı Maia Sandu təşkilata üzv olmaq istəyinə görə tərifləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Moldovanın “Newsmaker” nəşri yazır.
“Moldova sakinlərinin Avropa ailəsinə qoşulmaq istəyi daha güclü oldu. Hazırkı prezident Maia Sandu bu istəyi təcəssüm etdirir”, – nəşr Makronun sözlərindən sitat gətirir.
Makron əlavə edib ki, Moldova Fransa və Aİ-nin dəstəyinə arxalana bilər.
Onun sözlərinə görə, bu, respublikaya Avropa gələcəyinə nail olmağa kömək edəcək.