
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Gununsesi.info xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
***
Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə helikopterlər cəlb olunub.
Report xəbər verir ki, hadisə baş verən ərazidə iki yanğınsöndürən helikopter hərəkət edir.
***
FHN-dən bildirilib ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Gununsesi.info