
Suriyanın Deyr əz-Zor əyalətində Konoko neft-qaz yatağı yaxınlığında yerləşən ABŞ bazası raket atəşinə tutulub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Əl-Mayadeen mənbələri bazar ertəsi gecə yarısı Suriyanın şərqindəki Deyr əz-Zorun şimalında, Konoko bazasında Amerika hərbçilərinin raket atəşinə tutulduğunu bildirdi”, – deyə telekanalın materialında qeyd olunub.
Əlavə olaraq dəqiqləşdirilir ki, zərbəyə cavab olaraq Amerika hərbçiləri Havicə Sukr və Əl-Cufra kəndlərini artilleriyadan atəşə tutmağa başlayıblar, oradan da onların bazasına hücum etmək olar.
Qeyd edək ki, avqustun 6-da ABŞ-ın İraqdakı Ayn əl-Əsəd hərbi bazası raket atəşinə tutulub.
Reuters agentliyinin məlumatına görə, insident nəticəsində bir neçə amerikalı hərbçi yaralanıb.