İsrailin İranın ərazilərinə zərbə endirilməsinə icazə verilməyəcək

İranın qonşuları Tehranı əmin ediblər ki, onlar İsrailə kömək etmək və İslam Respublikasına cavab zərbələri endirmək üçün öz əraziləri ilə təmin etmək istəmirlər və niyyətində deyillər.

Gununsesi.info  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

“Bütün qonşularımız bizi əmin ediblər ki, İran İslam Respublikasına qarşı öz ərazilərindən və hava məkanından istifadə etməyə icazə verməyəcəklər”, – deyə XİN rəhbəri deyib.

Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəliyi İsrailin İrana mümkün zərbə endirəcəyi təqdirdə ABŞ-ın potensial itkilərə görə məsuliyyət daşıyacağına dair bəyanat yayıb.

 

 

Gununsesi.info