Lerikdə qarın hündürlüyü 5-6 sm-ə çatıb

  • By Günel
  • 22 Oktyabr 2024 14:15

Lerikdə yağan qarın hündürlüyü 5-6 sm-ə çatıb.

Gununsesi.info xəbər verir ki, ötən gündən başlayaraq Lerik rayonunun dağlıq ərazilərinə ilk qar yağıb.

FH komissiyasının sədri Habil Məlikov G-ya bildirib ki, dağlara təqribən 5-6 sm qar yağıb: “Şəhər mərkəzində qar yoxdur. Yollar da açıqdır. Hərəkətdə hər hansı bir məhdudiyyət yoxdur”.

Qeyd edək ki, Lerik rayonunun əsas yolu sayılan Lənkəran-Lerik magistralı açıqdır.

Gununsesi.info