Əfqanıstan BRİKS-ə qoşulmaq istəyir

Əfqanıstan BRİKS-ə müşahidəçi qismində qoşulmağa hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu Taliban hökumətinin ticarət və sənaye naziri Nuriddin Əzizi bildirib.

Onun sözlərinə görə, Kabil Kazanda keçirilən sammitin təşkilatçılarına rəsmi məktub göndərib.

“Bəlkə bu dəfə və ya növbəti dəfə BRICS sammitində iştirak edəcəyik” – deyə Əzizi bildirib.

Əzizi əlavə edib ki, Əfqanıstan “müşahidəçi kimi iştirak etmək” istəyir.

Bundan əvvəl Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci departamentinin direktoru Zamir Kabulov bildirib ki, ən yüksək səviyyədə Əfqanıstan İslamçı Taliban hərəkatının siyahıdan çıxarılması barədə qərar qəbul edilib.

 

 

Gununsesi.info