Bakıda bahalı avtomobilin üzərinə ağac aşdı - VİDEO - FOTO

Bakının Yasamal rayonunda bahalı avtomobilin üzərinə ağac aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Əhməd Cəmil küçəsi 3 ünvanında yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyin qarşısında baş verib.

Həmin ünvanda saxlanılan “BMW” markalı avtomobilin üzərinə ağac aşıb. Nəticədə nəqliyyat vasitəsi əzilib.

Gununsesi.info