Suriyada mer və oğlu güllələndi

Naməlum cinayətkarlar Suriyanın paytaxtı Dəməşqin cənub-şərqində yerləşən Saxnaya şəhərinin meri Husam Varuranı güllələyiblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Syria TV” telekanalına istinadla xəbər verir.

İnsident zamanı merlə birlikdə onun oğlu da öldürülüb. Merə qarşı sui-qəsd günün birinci yarısında Dəməşq yaxınlığında törədilib.

Hökumət orqanları qətlin başvermə səbəblərini araşdırırlar.

Qeyd edək ki, mayın 1-də Caraman və Saxnaya ətrafında atəşkəs elan edilib. Sözügedən bölgələrdə iki gün ərzində Dəməşqdəki keçid hökumətinə tabe olan təhlükəsizlik qüvvələri ilə yerli silahlı dəstələr arasında toqquşmalar baş verib.

Gununsesi.info