Putin:Belorusa hücum edilsə, nüvə silahı atacağıq

  • By ilhame
  • 26 Sentyabr 2024 19:08

Rusiya nüvə doktrinasına dəyişikliklər edir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin məlumat verib.

 

Putinin nüvə doktrinasına salınması üçün təklif etdiyi yeni müddəalar bunlardır:

 

Nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzü birgə hücum kimi qiymətləndirilsin və nüvə silahından istifadə oluna bilsin.

 

Rusiya və Belarusa qarşı hərbi təcavüz olunduqda nüvə silahından istifadə oluna bilsin.

 

Adi silahlardan istifadə edərək Rusiya və ya Belarusun suverenliyinə kritik təhlükə törədildikdə nüvə silahından istifadə oluna bilsin.

Gununsesi.info