“Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi bəlli olub

“Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi bəlli olub.

Gununsesi.info xəbər verir ki, “gənclik şəhəri” təmsilçisini Tural Rzayev çalışdıracaq.

Ona bu işdə “Sumqayıt”ın 17 yaşadək futbolçulardan ibarət komandasını çalışdırmış Hikmət Hüseynov kömək edəcək.

Qeyd edək ki, Tural Rzayev əvəzedici komandadan ayrılan baş məşqçi Vaqif Cavadovun köməkçisi vəzifəsini icra edib.

Gununsesi.info