
İsrailin baş naziri Belyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalant İrana “hücum metodu və vaxtı” barədə razılığa gəliblər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Bildirilir ki, əməliyyat həm də İsrail Nazirlər Kabinetinin yekun təsdiqini tələb edir.
“Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və digər nazirlər arasında təhlükəsizlik üzrə məsləhətləşmələr zamanı İrana qarşı hərəkətlərin gedişi cavabın vaxtı və gücü ilə bağlı tam razılıq əldə edilib”, – deyə bildirilir.
Bundan əvvəl Netanyahu ABŞ prezidenti Co Bayden administrasiyasına neft və ya nüvə obyektlərinə deyil, İranın hərbi obyektlərinə zərbələr endirməyə hazır olduğunu bildirib.
Qeyd olunur ki, bir gün əvvəl İsrail hökumətinin başçısı ilə Amerika lideri arasında bir saata yaxın davam edən telefon danışığı olub.
Günay