İsrailin Qəzzadakı məktəbi atəşə tutması azı 15 nəfərin həyatına son qoyub…

Qəzzanın mərkəzində sığınmaq üçün istifadə edilən məktəbə İsrailin hücum nəticəsində azı 15 nəfərin öldüyünü bildirib.

Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, Qəzzanın Həmas-ın idarə etdiyi Mülki Müdafiə Agentliyi bazar günü Nuseyrat düşərgəsindəki ərazinin artilleriya atəşi ilə vurulduğunu və nəticədə bütün ailələrin həlak olduğunu, onlarla insanın yaralandığını bildirib.

İsrail Müdafiə Qüvvələri (IDF) hesabatları araşdırdıqlarını bildirib.

Qeyd edək ki, bundan əvvəl Qəzzanın şimalında küçə küncündə oynayan beş uşağın pilotsuz təyyarənin zərbəsi nəticəsində öldüyü bildirilmişdi.

Orxan Saffari

Gununsesi.info