
İsrail ordusu son 24 saat ərzində Livan və Qəzza zolağında 230-dan çox hədəfi vurub.
Gununsesi.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Livanın cənubunda və Qəzza zolağında əməliyyatları davam etdirir və son 24 saat ərzində 230-dan çox terror hədəfinə zərbə endirib”, – deyə bəyanatda bildirilir.