Ermənistanda 47 polis işdən qovulub: - SƏBƏB

Bu il 40-dan çox polis əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Vahe Qazaryan bildirib.

O qeyd edib ki, polis əməkdaşlarının attestasiyası zamanı məcburi şərtlərdən biri də narkotik testindən keçməkdir. Yoxlamaların nəticələrinə əsasən, 47 polis əməkdaşı narkotik istifadə etdiyi üçün xidmətdən kənarlaşdırılıb.

Gununsesi.info

(Axar.az)