
Kaliforniya ştatının Koachella şəhərində Donald Trampın mitinqinin yaxınlığındakı kəsişmədə qeyri-qanuni olaraq ov tüfəngi və dolu tapança saxlayan şəxs həbs edilib.
Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, hadisə şənbə günü baş verib.
Belə ki, 49 yaşlı şübhəli Vem Miller qara rəngli yolsuzluq avtomobili idarə edərkən onu təhlükəsizlik keçid məntəqəsində saxlayıblar.
Polisin məlumatına görə, şübhəli şəxs nəzarətə götürülüb.
ABŞ Məxfi Xidməti isə Trampın “heç bir təhlükədə olmadığını” bildirərək, hadisənin qoruyucu əməliyyatlara təsir etmədiyini bildirib.
Orxan Saffari