‘Diddy’-dən xəbər var: - Yeniyetməyə cinsi təcavüzdə ittiham olunur...

“Diddy” məhkəmədə yeni iddialarla üzləşib. Ona qarşı təkrarən zorlama, cinsi istismar və cinsi təcavüz iddiaları qalxıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nyu-York federal məhkəməsində iki qadın və dörd kişi tərəfindən ən azı altı iddia qaldırılıb. Bunlara 1995-2021-ci illəri əhatə edən iddialar daxildir.

Adı açıqlanmayan ittihamçılar sözügedən hadisələrin məşhurların və musiqi sənətçilərinin iştirak etdiyi ziyafətlərdə baş verdiyini deyiblər.

Qeyd edək ki, sənəıtçinin vəkilləri BBC-yə verdiyi açıqlamada onun “heç vaxt heç kimə – böyüklərə və ya yetkinlik yaşına çatmayanlara, kişi və ya qadına cinsi təcavüz etmədiyini” deyiblər.

Orxan Saffari

Gununsesi.info