Rusiyada miqrantlara bu sahədə işləmək qadağan ediləcək

Rusiyanın Omsk vilayətində 2025-ci ildə xarici vətəndaşların yeddi sahədə patentlə işləməsi qadağan ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Vitali Xotsenko özünün Telegram kanalında məlumat verib.

Bildirilib ki, sənəd 2025-ci il martın 1-dən qüvvəyə minəcək. Qubernatorun aydınlaşdırdığı kimi, miqrantlar təhsil, səhiyyə, ticarət, dərman və məhsulların istehsalı, ovçuluq və sosial xidmətlər sahəsində işləyə bilməyəcəklər.

Oktyabrda məlum olub ki, Primorsk diyarında miqrantların 41 iqtisadi fəaliyyət sahəsində patentlə işləməsini qadağan etmək istəyirlər.

Onlar həmçinin 2025-ci ildə əcnəbilərin işləməsinə icazə verilməyən sahələrin siyahısını genişləndirməyi planlaşdırırlar.

Bundan əvvəl Samara vilayətinin hakimiyyət orqanları miqrantlara patent əsasında işləmək qadağan edilən peşələrin siyahısını genişləndirib.

Qeyd edilir ki, əcnəbilər tez xarab olan çörək məmulatlarının, uşaq qidalarının və qida məhsullarının istehsalı sahəsində patent əsasında işləyə, habelə spirtli içkilər və tütün məmulatlarının satışı ilə məşğul ola bilməzlər.

 

 

Gununsesi.info