Minaya düşdü, ayağı amputasiya olundu: - 23 yaşlı gənc...

Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı olub.

Gununsesi.info xəbər verir ki, Qazax rayon sakini, 2001-ci il təvəllüdlü İlkin Sarıyev ərazidə mal-qara otaran zaman minaya düşüb.

Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info