Azərbaycanda ədalət məhkəməsi necə işləyir? - AVROPA ŞURASI AÇIQLAYACAQ

  • By admin
  • 15 Oktyabr 2024 12:49

Sabah Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Azərbaycan da daxil olmaqla, Avropa Şurasına üzv olan 44 ölkənin, həmçinin iki CEPEJ müşahidəçi dövləti, İsrail və Mərakeşin məhkəmə sistemlərini qiymətləndirən yeni hesabatını dərc edəcək.

 

Bu barədə Gununsesi.info-ya Avropa Şurasından daxil olan məlumatda deyilir.

Bildirilir ki, 2022-ci ilin məlumatlarına əsaslanan 2024-cü il qiymətləndirmə dövrü ədliyyəyə ayrılan büdcə, ədliyyə mütəxəssisləri, məhkəmələrə çıxış imkanları, məhkəmələrin səmərəliliyi və ədliyyə sahəsində rəqəmsal texnologiyaların istifadəsi kimi mövzuları əhatə edir.

Avropa ədliyyə sistemlərinin əsas xüsusiyyətlərinin təhlilini, hər bir ölkə üçün əsas ədliyyə göstəricilərini təqdim edən məlumat vərəqlərini və interaktiv məlumat bazasını özündə əks etdirən hesabat siyasətçilərə və ədliyyə mütəxəssislərinə ədalətin necə işlədiyini daha yaxşı başa düşmələrinə kömək etmək üçün praktiki və təfərrüatlı alətlə təmin etmək məqsədi daşıyır.

Məlumatda qeyd olunur ki, hesabatda adı olan ölkələr milli məhkəmə sistemlərində məhkəmələrin səmərəliliyini və keyfiyyətini artırmaq üçün ona istinad edə bilər.

 

Elmar

Gununsesi.info