Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının inzibati binasında seçicilərini fərdi qaydada qəbul edən deputat onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problem və məsələlərlə tanış olub.
Gununsesi.info xəbər verir ki, müraciətlər əsasən, məşğulluq, səhiyyə, əllilliyin müəyyən edilməsində yaranan çətinliklər, kommunal xidmətlər və s. mövzularda olub. Bir neçə məsələ yerindəcə həllini tapıb. Digər məsələlər isə həll olunması üçün qeydiyyata alınıb.
Vətəndaşları diqqətlə dinləyən deputat qəbulda dilə gətirilən məsələlərin həlli istiqamətində aidiyyatı qurumlara müraciət edəcəyini və onları narahat edən problemlərin ən qısa zamanda müsbət həll olunmasına köməklik göstərəcəyini diqqətə çatdırıb.