
Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə ABŞ-a daxil olan xarici mallara rüsumları kəskin şəkildə artıracağına söz verib.
Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, o , digər ölkələrdən gələn mallara 20%-ə qədər, Çindən idxal olunan bütün mallara isə 60%-ə qədər tariflər vəd edib .
O, hətta bəzi xaricdən gətirilən avtomobillərə 200% vergi tutulmasından da danışıb…
Tramp özü bu açıqlamasını bu cür şərh edib:
“Tariflər Trampın iqtisadi baxışının mərkəzi hissəsidir. Mən bunları ABŞ iqtisadiyyatının inkişafı, iş yerlərinin qorunması və vergi gəlirlərinin artırılması yolu kimi görürəm”
Qeyd edək ki, Trampın bu fikirləri həm insanlar, həm də iqtisadçılar tərəfindən yaxşı qarşılanmayıb, bunların zərər verə biləcəyini deyiblər.
Orxan Saffari