
İtaliya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İordan çayının qərb sahilindəki fəaliyyətini maliyyələşdirmək üçün 5 milyon avro ayırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni parlamentdə elan etdiyi kimi, vəsaitin bir hissəsi Suriya, Livan və İordaniyadakı fələstinli qaçqınlara dəstək üçün istifadə olunacaq.
“İtaliya UNRWA layihələrini dəstəkləməyə hazır olaraq qalır, lakin yalnız yoxlama və tam nəzarətdən sonra, terror fəaliyyəti ilə əlaqənin ən kiçik ehtimalının qarşısını almaq üçün”– deyə o, vurğulayıb.
İsrail tərəfinin bir sıra agentliyin əməkdaşını HƏMAS-la əlaqələrdə ittiham etməsindən sonra Roma daha əvvəl UNRWA-ya maliyyə ayrılmasını dayandırmışdı.