
İsrail Hərbi Hava Qüvvələri (IAF) Suriya və Livan sərhədində şiə Hizbullah hərəkatına silah ötürmək məqsədi daşıdığı iddia edilən infrastruktura zərbələr endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) Telegram kanalında məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriya-Livan sərhədi boyunca Suriyadan Livandakı Hizbullaha silahların ötürülməsi üçün istifadə edilən və İsrail mülki vətəndaşlarına qarşı istifadə etdiyi infrastruktura zərbələr endirib”-deyə bildirilib.
İsrail ordusu əlavə edib ki, İsrail ordusu “Hizbullah”ın Suriyadan Livana silah keçirmək cəhdlərinə qarşı zərbələr endirməyə davam edəcək.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusuna Hizbullaha qarşı tam güclə hərəkət etməyi əmr etmişdi.
Gununsesi.info