Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev dəfn edilib

  • By Günel
  • 26 Sentyabr 2024 15:20

Birinci Qarabağ müharibəsində şəhid olan, 31 il sonra dəfn yeri və kimliyi müəyyən edilən Vaqif Sərdar oğlu Alıyevin qalıqları Gəncədə dəfn olunub.

Gununsesi.info – nun yerli bürosunun məlumatına görə, şəhidin qalıqları bu gün Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyevin 1966-сı ildə Gədəbəy rayonun Qoşabulaq kəndində anadan olub. 1993-cü il də Ağdam rayonun Sırxavənd kəndi istiqamətində itkin düşüb.

31 il sonra onun qalıqları tapılıb və kimliyi müəyyən olunub.

Gununsesi.info