
Türkiyədə istehsal olunan “ALPİN” zərbə xarakterli pilotsuz helikopteri V “ADEX-2024” sərgisində nümayişə çıxarılıb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, 200 kiloqram həcmində yükgötürmə qabiliyyətinə malik olan sözügedən pilotsuz uçuş aparatı (PUA) yanacaqla işləyir və 9 saat ərzində havada qala bilmə xüsusiyyətinə malikdir.
PUA-nın uçuş şəraitində topladığı maksimum sürət həcmi 203 km/saat təşkil edir.
Qurğu EO/IR kameraları, həmçinin SAR radarı ilə də təchiz olunub.