
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin qardaşı Hüseyn Tatlı keçən həftəsonu Antalyada verdiyi konsertdən sonra taksi sürücüsü ilə aralarında yaranan münaqişəyə görə həbs olunub.
Gununsesi.info xəbər verir ki, münaqişəyə Tatlının taksi qiymətlərindən narazılığı səbəb olub.
Tatlı ilə sürücü arasında başlayan mübahisə əlbəyaxa davaya çevrilib. İddiaya görə, Tatlının vurduğu cavab zərbəsi nəticəsində sürücü yerə yıxılıb. Bunun ardınca sürücünün dostları Tatlıya hücum ediblər.
Aldığı zərbələr nəticəsində musiqiçinin ayağı sınıb. Başından yaralanan taksi sürücüsü isə reanimasiyaya yerləşdirilib.
Müalicəsi başa çatdıqdan sonra Hüseyin Tatlı həbs olunub. Hadisə ilə bağlı istintaq davam edir.(Oxu.az)